Putin və Rəisi bu tarixdə görüşəcək

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında görüşün vaxtı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

HTML tutorial

“Yanvarın 19-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında görüş olacaq”,- Kreml bildirib.

Qeyd edək ki, Putinlə Rəisi ikitərəfli əməkdaşlığa dair kompleks məsələləri, eləcə də aktual beynəlxalq və regional mövzuları müzakirə edəcək.

Gununsesi.info