Putin və Rəisi Qarabağdakı hadisələri müzakirə ediblər

  • By admin-2
  • 27 Sentyabr 2023 09:52

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi Qarabağda baş verənləri müzakirə ediblər.

Gununsesi.info xəbər verir ki, Kremldən yayılan açıqlamaya görə, Putin və Rəisi telefonla danışıb.

Qarabağda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin müzakirə edildiyi görüşdə problemlərin siyasi və diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.

Tərəflərin Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstandan ibarət “3+3” regional məşvərət platformasının işinin aktivləşdirilməsində qarşılıqlı maraqlı olduqlarını ifadə edən görüşdə Rəisi həmçinin İranın BRİKS-ə üzv olmaq üçün müraciətinə verdiyi dəstəyə görə Rusiyaya təşəkkür edib.

Səid Əhmədli
Gununsesi.info