Putin və Zelenski danışıqlar üçün ABŞ-a dəvət edildi

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı Pol Qosar Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskiyə məktub yazıb.

Gununsesi.info xəbər verir, o, məktubunda hər iki lideri sülh danışıqları üçün Arizona ştatına dəvət edib.

HTML tutorial

“Nüvə gərginliyinin azaldılması, müharibənin dayandırılması, hər iki ölkəni bürümüş ölüm və dağıntılara son qoyulması üçün bu görüş faydalı ola bilər”,- P.Qosar bildirib.

Konqresmenin sözlərinə görə, sülhə nail olmaq üçün göstərilən səylərin azlığı onu narahat edib. Nəhayət, o, təkbaşına hərəkət etməyə vadar olub.

Gununsesi.info