
Rusiya vətəndaşlığını alan 10 min mühacir Ukraynadakı müharibəyə göndərilib.
Gununsesi.info-nun xəbərinə görə, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin deyib.
O, həmçinin əlavə edib ki, hərbi xidmət üçün qeydiyyatdan keçməyən 30 min yeni vətəndaş əsir götürülərək məcburi şəkildə orduya cəlb edilib.
Rusiya mətbuatında yer alan xəbərlərə görə, Rusiya vətəndaşlığını qəbul etmiş 10 minə yaxın mühacir Ukraynada “xüsusi hərbi əməliyyat”a göndərilib.
Rusiyanın “İnterfaks” xəbər agentliyinin xəbərində Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə istinadən bildirib ki, yeni vətəndaşlıq almış immiqrantlar orduya yazılmalı və müharibəyə qoşulmalıdırlar.
Afət
Gununsesi.info