
Rusiya Prezidenti Vladimir Putin müdafiə nazirinin müavini Yuri Sadovenkonu tutduğu vəzifədən azad edib.
Gununsesi.info xəbər verir ki, dövlət başçısının fərmanının mətni hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Bildirilir ki, Sadovenkonun işdən çıxarılması haqqında fərman imzalandığı gündən – mayın 20-dən qüvvəyə minir.
Rusiya lideri digər sərəncamı ilə Hesablama Palatasının auditoru Oleq Savelyevi müdafiə nazirinin müavini vəzifəsinə təyin edib.
Gununsesi.info