“Putin və Ərdoğan çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar” - PESKOV

  • By admin
  • 17 İyul 2020 17:11

“Rusiya və Türkiyə prezidentləri çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar”.

Gununsesi.org-un verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Avtoradio”ya müsahibəsində deyib.

O, danışıqlar vaxtı V. Putinin konkret məsələlər qoyduğunu, daha sonra verdiyi vədləri dərhal yerinə yetirdiyini vurğulayıb: “Bu mənada Putin və Ərdoğan biri-birinə bənzəyirlər. Ona görə də onlar çox, çox çətin vəziyyətlərdə həll yolu tapmağa nail olurlar. Bu, Suriya probleminə də aiddir”.

 

 

Gununsesi.org