Putin və Ataş… - Jalə Mütəllimova yazır

  • By admin
  • 29 Dekabr 2020 14:26

Moldova rus hərbi kontingentini ölkədən çıxarmaq məsələsini gündəmə gətirib. Putin də deyir Moldovanın rəhbərliyinə uğur diləyirəm. Amma o, Moldovaya rəhbərlik edir, özü də Ruminiya vətəndaşıdır. Bəlli siyasi gücün təmsişçisidir (Sorosa sataşır). Və davam edib biz orada sülh görmək istəyirik, dialoq görmək istəyirik…

…Adam sənə nə? Bu ayı xislətlilər heç utanmırlar…

…Rejissor Şərifin bir tamaşası var, “Yarımştat” . Hadisələr sirkdə cərəyan edir…Rus ayısı haqda epizodda Rusiyanın Azərbaycana münasibətini çox gözəl ifadə edib Şərif. Cəmi üçcə misra salıb epizoda. Bu cür siyasi beyni olan başqa hansı rejissor var bilmirəm?! Amma Şərifin tamaşasında o bənd belə idi…

Moskvadan gələn ayı heyvana
Rəqs öyrətməkdən gəlmişik biz cana,
Az qalır ki, üstümüzə tullana…
Netu deyir, u nas tskoy meyxana…

Rəhmətlik Yaşar Nuriyevlə, Telman Adığözəlov da o ayını və şeri çox gözəl, həm də musiqili canlandırıblar.

…İndi bu ayının qulağı hər yerdə burulur, Pribaltikadan, Moldovadan, Ukraynadan, Güscüstandan, Belarusdan, Qırğızıstandan və sair. Bu da hamıya vacib yeri, Azərbaycanı və Cənubi Qafqazı, ya əldə eləmək, ya da tamam dağıtmaq istəyir. Hər yerdən qovulur, Azərbaycana girmək istəyir.

Bir yarı baməzə təklifim var. Deyirəm bu Ata Abdullayevin sahiblərinə biri desin ki, görə biləcəkləri ən yaxşı iş olar bu. O gedəni yollasınlar Putinin olduğu hansısa tədbirə, qoy gedib baş ayıya elə bircə kəlmə, özü də Azərbaycan dilində, ay sən öləsən, desin, qayıtsın dala…

…Çox arsız dövlətdirlər, çox…Onlarla ancaq Ataş bacarar…

Jalə Mütəllimova
Gununsesi.info