Putin və Paşinyan arasında telefon danışığı olub

  • By admin
  • 21 Noyabr 2021 15:09

Rusiya prezidenti Vladimir Putin və Ermənitanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbət zamanı bölgədəki vəziyyət barədə fikir mübadiləsi aparılıb, eləcə də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmalar kontekstində vəziyyətin sabitləşməsi üçün görülən tədbirlərin müzakirəsi davam etdirilib.

Paşinyan fəal vasitəçilik səylərinə görə Rusiyaya təşəkkür edib.

Həmçinin, mövzu ilə bağlı təmasların davam etdirilməsi razılaşdırılıb.

Gununsesi.info