Putin vaksinin ikinci dozasını vurdurub

  • By admin
  • 14 Aprel 2021 14:52

Rusiya prezidenti Vladimir Putin koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurub.

Gununsesi.info-nun məlumatına görə, bu barədə prezident özü bildirib.

O, özünü yaxşı hiss etdiyini deyib. V.Putinin hansı vaksinlə peyvənd olunduğu açıqlanmayıb.

Qeyd edək ki, Rusiya prezidenti vaksinin ilk dozası ilə martın 23-də peyvənd olunmuşdu.