24 saatda bitən “Vaqner” böhranının əks-sədası davam edir. Silahlı üsyandan geriyə qalan çoxsaylı suallar var. Onlardan biri də “Priqojin içəridən yardım aldımı” sualıdır. Bir çox qaynaqlara görə bu sualın cavabı “bəli”dir. Putinin ən güvəndiyi generallardan birinin Priqojin ilə birlikdə hərəkət etməsi iddiası yeni bir şəkil aldı. Günlərdir, xəbər alınmayan rus generalın aqibətini ölkə mətbuatı açıqladı.
Gununsesi.info xarici mətbuata istinadən həmin yazını sizə təqdim edir.
Amerika gizli ximdməti bu üsyanı həftələr öncədən bildiyini açıqlamışdı. Eyni qaynaqlar Ukraynadakı keçmiş rus komandiri Sergey Surovikin “Vaqner” üsyanından xəbərdar olduğunu açıqlamışdı.
Dünya mətbuatında geniş yer alan bu iddiadan sonra Rusiya rəsmiləri “General Armageddon” ləqəbli komandirin polis nəzarəti altına alıblar.
Bu xəbər “Moscow Times” tərəfindən yazılıb.
Səbəb oalraq bildirilir ki, Surovikin “üsyan zamanı Priqojinin tərəfini” seçib.
Rusiya Müdafiə Nazirliyi xəbərlər bağlı hanısa açıqlama etməyib.
Surovik 1991-ci ildəM. Qorbaçova qarşı hərbi çevrilişdə iştirak etmişdi.
Tərcümə: Arzu