Putin Xarkovda dəhşətli itkilər verir

  • By admin
  • 03 Mart 2022 17:16

“Rusiya Ordusu Xarkov istiqamətində şəxsi heyət və texnika baxımından dəhşətli itkilər verir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç brifinqdə deyib.

O, Xarkov istiqamətində Rusiyanın hücum tempinin kəskin azaldığını deyib.

“Rəqib Xarkova hücum əməliyyatını davam etdirməyə, Lozovaya şəhərini ələ keçirərək Xarkovu qərbdən mühasirəyə almağa çalışır. Amma şəxsi heyət və texnika baxımından dəhşətli itkilər verir. Hazırda bu hücumun tempi çox aşağı düşüb və tezliklə Xarkova hücum ifadəsini dırnaq arasına alacağıq”.

Gununsesi.info