“Putin, yalnız Putin, proqram sonadək icra edilməyib” - JİRİNOVSKİ

  • By admin
  • 02 Yanvar 2022 23:18
Vladimir Putin 2024-cü ildə yenidən Rusiya prezidenti postuna seçilmək üçün öz namizədliyini irəli sürəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” radiostansiyasının efirində Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski bəyan edib.
“Putin buna gedəcək, çünki proqram sonadək icra edilməyib. Hələ görüləsi işlər çoxdur. Son yüz ildə ən güclü komanda formalaşıb. Axı çarın komandası olmayıb və uduzub! Brejnevin komandası yuxarıdan çürüdü və uduzdu. Yeltsinin komandasında Qaydar, Çubays və Burbulis kimi təsadüfi adamlar vardı. İndi isə artıq 23 ildir, 1999-cu ilin avqustundan komanda formalaşır. Əsrin dörddə biridir! Ona görə də komanda çox güclüdür. İndi ölkədə pul çoxdur. Və kommunizmdən azad olan yeni nəsil yetişib. Bizdə nasizm olmayıb, o qədər də mənfi hallar mövcud deyil. Deməli, irəliyə getmək lazımdır. Sizin dediyiniz kimi, arzulamaq, ümid yaratmaq, daha zəngin yaşamaq lazımdır ki, Rusiya ən firavan, yüksək gəlirli ölkə olsun, insanlar yaxşı yaşasınlar”,-Jirinovski belə deyib.
Ötən ilin sonunda RBK nəşri məlumat verib ki, Kreml 2024-cü ilin prezident seçkilərinə hazırığa başlayıb. Nəşrin məsələdən hali olan iki həmsöhbəti danışıb ki, bu mövzu haqqında ilkin müzakirələr hələ 2021-ci ilin yayında başlayıb.
Həmsöhbətlər qeyd ediblər ki, müşavirələr zamanı bu posta Vladimir Putinin namizədliyinin irəli sürülməsinin mümkünlüyü müzakirə edilib.
“Müəyyən olunmuş namizədlə bağlı müzakirə aparılır. Hələ ki, başqa variantlar yoxdur”,- həmsöhbətlərdən biri belə deyib.
Vladimir Putinin özü bir dəfə də olsun ictimaiyyət qarşısında yeni prezidentlik müddətinə öz namizədliyini irəli sürməsinin mümkünlüyü barədə açıq fikir səsləndirməyib.
“Konstitusiyaya uyğun olaraq, mənim yeni müddətə seçilmək hüququm var. Bunu edib- etməyəcəyimi hələ özüm üçün qərar verməmişəm. Lakin bu hüququmun mövcud olması artıq daxili siyasi vəziyyəti sabitləşdirir”,-bunları Rusiya lideri keçən il “Rusiya çağırır!” “VTB Kapitala” forumunda bəyan edib.
Gununsesi.info