Putin Yaxın Şərqdəki duruma görə Amerikanı günahlandırır

Rusiya prezidenti Vladimir Putin ABŞ hakimiyyətini Yaxın Şərqdəki siyasətin uğursuzluğunda ittiham edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İraqın baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlar zamanı o, İsraildə vəziyyətin gərginləşməsini ABŞ siyasətinin uğursuzluğunun illüstrasiyası adlandırıb.

Putin münaqişənin bütün tərəflərinə müraciət edərək mülki əhaliyə dəyən zərəri minimuma endirməyə çağırıb.

“Düşünürəm ki, çoxları mənimlə razılaşacaq ki, bu, ABŞ-ın Yaxın Şərqdə nizamlanmanı inhisara almağa cəhd edən, lakin təəssüf ki, hər ikisi üçün məqbul olan kompromislər tapmaqla məşğul olmayan siyasətinin uğursuzluğunun bariz nümunəsidir”.

Onun sözlərinə görə, Amerika hakimiyyəti münaqişənin hər iki tərəfinə təzyiq göstərib və “bunun necə ediləcəyi ilə bağlı öz fikirlərini irəli sürüb”.

Həmçinin o, Fələstin dövlətinin yaradılması məsələsinin həllini ehtiyac adlandırıb. O, növbəti danışıqlar zamanı bu və digər mövzuların müzakirəsini təklif edib.

“Geniş formatda görüşdən sonra nahar zamanı təkbətək söhbət hələ də planlaşdırılır, hər şeyi ətraflı müzakirə etmək imkanı olacaq”.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info