Putin yenə biabır oldu - RUSİYANIN NÜVƏ SINAĞI UĞURSUZ OLDU

  • By admin
  • 11 Noyabr 2022 10:05

 

Rusiyanın “Poseydon” nüvə torpedo sınaqları uğursuzluqla nəticələnib.

HTML tutorial

Gununsesi.info  xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatına istinadən məlumat yayıb:

“Ruslar radioaktiv sunami ilə Amerikanı guya yerlə bir edəcəyi “möcüzə silahı”ı ata bilmədilər.

https://edition.cnn.com/2022/11/10/politics/us-russia-possible-torpedo-test/index.html

CNN-ə birbaşa məlumatı olan yüksək rütbəli ABŞ rəsmisi bildirib ki, ABŞ son həftələrdə Rusiya hərbi dəniz gəmilərinin yeni nüvə torpedosunun mümkün sınaqlarına hazırlaşdığını müşahidə edib.

 

Hazırlıqlarda iştirak edən gəmilər arasında xüsusi əməliyyatlar üçün modifikasiya edilmiş və Poseydon torpedası da daxil olmaqla pilotsuz sualtı maşınları işə sala bilən qanadlı raket sualtı qayığı Belqorod da var idi.

 

Son bir həftə ərzində gəmilərin Arktika dənizindəki sınaq zonasını tərk edərək, sınaq keçirmədən limana qayıtması müşahidə edilib.

ABŞ rəsmisi rusların texniki çətinliklərlə üzləşdiyini deyib.

Rusiyanın Ukraynaya zəif təlim keçmiş və kifayət qədər təchiz edilmiş qoşunlar göndərərək son hərbi təcrübəsinin bir hissəsi kimi qəbul edilə bilər”, –  deyə Qərb diplomatı CNN-ə bildirib:

 “Rusiyanın hərbi sənayesi çətin dövrlərdən keçir və biz də görə bilərik ki, Qərbin yüksək texnologiyalı hərbi mallara tətbiq etdiyi sanksiyalar öz təsirini göstərir və davam etməlidir”.

Tərcümə:

Günay Təhməzova 

Gununsesi.info