Putin yeni terrora hazırlaşır - RUSİYA UKRAYNADA MÜLKİ OBYEKTLƏRİ HƏDƏF ALACAQ

  • By admin
  • 24 Avqust 2022 10:28

Birləşmiş Ştatlar çərşənbə axşamı Rusiyanın “yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirmək üçün səylərini artıracağı” barədə xəbərdarlıq edib.

ABŞ-ın Kyivdəki səfirliyinin yerləşdirdiyi mesajın ardınca Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı ölkənin müstəqilliyinin ildönümününün qeyd edildiyi vaxt mümkün aksiyaları barədə oxşar xəbərdarlıqla çıxış edib.

“Rusiyanın Ukraynaya endirdiyi zərbələr mülki əhali və mülki infrastruktur üçün davamlı təhdiddir” – deyə, ABŞ səfirliyi bildirib. Səfirlik ABŞ vətəndaşlarının mümkün olduğu halda Ukraynanı tərk etməli olduqlarını qeyd edib.

Çərşənbə günü Ukraynanın Sovet hakimiyyətindən müstəqillik qazanmasının 31 ili, Rusiyanın müharibəyə başlamasının altı ayı tamam olur.

Xəbərdarlıqlar fonunda Kyiv Müstəqillik Gününə həsr edilmiş ictimai tədbirləri ləğv edib.

Polşa Prezidenti Anjey Duda Zelenski və digər rəsmilərlə Ukraynaya hərbi, iqtisadi və humanitar dəstək barədə danışıqlar aparmaq üçün çərşənbə axşamı Kyivə səfər edib.

Ukrayna ordusu çərşənbə axşamı bildirib ki, Rusiya qüvvələri Zaporijya bölgəsində yeni artilleriya və hava hücumları həyata keçirib. Raket və artilleriya hücumları Avropanın ən böyük atom elektrik stansiyasının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Birləşmiş Millətlər Təşkilatı Rusiyanın fevralın 24-də Ukraynaya hərbi müdaxiləsinin başlamasından bəri 5500-dən çox dinc sakinin öldüyünü təsdiqlədiyini bildirib.

BMT-nin Uşaq Agentliyi bazar ertəsi bildirib ki, azı 972 ukraynalı uşağın zorakılıq nəticəsində öldürüldüyü və ya yaralandığı təsdiqləsə də, həqiqi sayın bundan daha çox olduğu ehtimal edilir.

UNICEF-in icraçı direktoru Ketrin Rasselin sözlərinə görə, uşaqlar arasında itkilərin əksəriyyəti partlayıcı silahlardan istifadə nəticəsində baş verib.

Gununsesi.info