Putin Zelenskinin ona ünvanladığı məktubdan danışdı

  • Müəllif: Firuzə
  • 05 İyun 2026 23:18

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskinin ona ünvanladığı məktub barədə danışıb.

Gununsesi.info xəbər verir ki, o, məktubda sərt ifadələrin olduğunu qeyd edib. Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışı zamanı bildirib ki, hazırkı dövrdə Zelenski ilə görüşməyin mənası yoxdur.

Putin: “Məktubda kifayət qədər sərt ifadələr var. Üzbəüz görüş üçün şərait yaratmaq, yoxsa belə bir görüşün qarşısını almaq üçün yazılıb? Düşünürəm ki, bu, sonuncudur”, – deyə bildirib.

Gununsesi.info