“Putin” zirvəsində Ukrayna bayrağı ucaldıldı - VİDEO

  • By admin
  • 25 May 2022 14:55

Alpinistlər Qırğızıstan dağlarında Rusiya Prezidenti Vladimir Putinin adını daşıyan zirvədə Ukrayna bayrağını sancıb. 

Gununsesi.info xəbər verir ki, “Putin” yüksəkliyində Ukrayna bayrağının dalğalanmasını əks etdirən görüntü “Vetka ilə Alpinist” ləqəbli şəxsin tvitter səhifəsində yayımlanıb.

“Dünyada “Putin” zirvəsi və Ukrayna bayrağı varsa, deməli onların görüşü qaçılmazdır. Bayrağı yuxarıdan asıblar, ancaq biz bilmirik ki, bunu kim edib” – video müəllifi qeyd edib.

Qeyd edək ki, “Putin” yüksəkliyi Qırğızıstanın şimalında, Çuy bölgəsində, Tyan-Şan dağ sistemində yerləşən zirvədir və 2021-ci ildə Rusiya prezidentinin adı verilib.

Gununsesi.info