Putindən ABŞ-a XƏBƏRDARLIQ

  • By admin
  • 25 Dekabr 2022 14:33

ABŞ “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya tədarük edəcəyi təqdirdə, bu sistemlər məhv ediləcək.

Gununsesi.info TASS-a agentliyinə istinadən xəbər verir ki, bunu “Rossiya-1” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri bildirib ki, hazırda belə komplekslər Ukraynada yoxdur.

Qeyd edək ki, bu yaxınlarda Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri ərəfəsində Bayden administrasiyası Kiyevə daha 1,85 milyard dollarlıq hərbi yardımın ayrılacağını bəyan edib. Bildirilib ki, yeni hərbi yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri də daxildir.

Gununsesi.info