Putindən azərbaycanlı həkimlə bağlı – Sərəncam

  • By admin
  • 07 Noyabr 2017 20:43


Rusiya prezidenti Vladimir Putin soydaşımız Fuad Əliyevə “Rusiya Federasiyasının əməkdar həkimi” adının verilməsi barədə sərəncam imzalayıb.

Gununsesi.info-nun məlumatina görə, Tümen Dövlət Tibb Universitetinin cərrahiyə kafedrasının müdiri Fuad Əliyev tibb sahəsindəki xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, Fuad Əliyev 1965-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darbaz kəndində doğulub. 1987-ci ildə Tümen Dövlət Tibb İnstitutunu bitirdikdən sonra şəhər əhalisinə təcili yardımın göstərildiyi 1 nömrəli klinik xəstəxanada çalışıb. O, ordinatordan ali kateqoriyalı cərrahadək, cərrahiyyə bölməsinin müdiri vəzifəsinədək yol keçib, Tümen Dövlət Tibb Akademiyasının ümumi cərrahiyyə kafedrasının müdiri təyin edilib.

Fuad Əliyev 5 monoqrafiyanın, 280 elmi məqalənin, 10 ixtiranın müəllifidir.

 

Gununsesi.info