Körfəz ölkələri ABŞ-ın demokratikləşdirmə siyasətindən narahat olmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin amerikalı kinorejissor və jurnalist Oliver Stouna müsahibəsində deyib.
“ABŞ hər kəsi demokratikləşdirməyə çalışır. Körfəz ölkələrinin yerində olsam ABŞ-ın sonrakı həmləsinin nə olacağını düşünərdim. Fikrimcə, düşünürlər. Suriya, Liviya və Misirdə baş verənlərdən sonra nə olacağını yəqin ki, anlayırsınız”, – Kreml rəhbəri bildirib.
Gununsesi.info