
Rusiya prezidenti Vladimir Putin 4 gündür davam edən HƏMAS-İsrail münaqişəsi ilə bağlı ilk dəfə danışıb.
Gununsesi.info xəbər verir ki, Putin “Baş verənlər ABŞ-ın Yaxın Şərq siyasətinin uğursuzluğuna bir nümunədir” deyib.
Putin həmçinin bildirib ki, Fələstin dövlətinin yaradılması zəruridir.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
Öz növbəsində İsrail ordusu onlarla döyüş təyyarəsindən istifadə edərək Qəzza zolağına hücumlara başladığını elan edib.
Qəzzanın səhiyyə nazirliyi çərşənbə axşamı səhər saatlarında İsrailin Qəzzaya hücumları nəticəsində həlak olan fələstinlilərin sayının 143-ü uşaq və 105-i qadın olmaqla, 704-ə yüksəlib. Nazirliyin məlumatına görə, yaralıların sayı təxminən 4000-ə çatıb.
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, son hücumlar nəticəsində ən azı 900 israilli ölüb, 2600-dən çox insan yaralanıb.
Gununsesi.info