Putindən Krım körpüsünün partladılmasına reaksiya

  • By admin
  • 17 İyul 2023 21:39

Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı buna Rusiyanın cavabının olacağını qeyd edib:

“Əlbəttə, Rusiyadan cavab olacaq. Müdafiə Nazirliyi müvafiq təkliflər hazırlayır”.

Putin öz çıxışında baş verənləri Kiyevin növbəti terror aktı adlandırıb. Onun sözlərinə görə, bu hücum hərbi baxımdan mənasız idi. Rusiya lideri qeyd edib ki, Krım körpüsü uzun müddətdir hərbi nəqliyyat üçün istifadə olunmurdu.

Gununsesi.info