Putindən Qarabağ açıqlaması: “Zərər dəymiş yerlərin sakinlərinə yardım göstərilir”

  • By admin
  • 24 Noyabr 2020 16:28

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı daha bir açıqlama verib.
Gununsesi.org Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin Qarabağda vəziyyətin stabilləşdiyini bildirib:
“Zərər dəymiş yerlərin sakinlərinə yardım göstərilir, infrastruktur bərpa edilir. Dinc həyat yenidən bölgəyə qayıdır. Xüsusi beynəlxalq təşkilatların bu prosesdə iştirakına ümid bəsləyirik. Bütün bunların uzun müddətdir davam edən münaqişənin ədalətli şərtlər altında Azərbaycan və erməni xalqlarının maraqları naminə uzunmüddətli və geniş miqyasda həllinə gətirib çıxarmasını istəyirik”.

Gununsesi.org