Putindən SƏRT REAKSİYA: Bu alçaldıcı yanaşma nədir?

  • By admin
  • 22 Avqust 2021 19:16

Əfqanıstandan vizasız miqrantların Mərkəzi Asiyaya yerləşdirilməsi və ABŞ-a daxil olmaqdan imtina etmələri ədalətsiz görünür.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Qərbli tərəfdaşlarımız ABŞ və ya digər ölkələrə viza almadan əvvəl qaçqınların Orta Asiya ölkələrinə yerləşdirilməsi məsələsini israrla qaldırırlar. Belə ki, onlar bu ölkələrə, qonşularımıza vizasız göndərilə bilərlər, ancaq ora vizasız getmək istəmirlər? Məsələnin həllində bu alçaldıcı yanaşma nədir?” – Putin qeyd edib.

Rusiya lideri əlavə edib ki, bu məsələ sabah Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində gündəmə gətiriləcək və digər yerlərdə də müzakirə ediləcək.

Gununsesi.info