Putindən SENSASİON HƏDƏ: 2 günə bu ölkələri tuta bilərik

  • By admin
  • 28 Mart 2022 17:04

Rusiya Prezidenti Vladimir Putinlə bağlı diqqətçəkən iddia ortaya çıxıb. Putin 2014-cü ildə Donbasda gedən müharibə zamanı Ukrayna lideri Pyotr Poroşenkonu “İstəsəm, Kiyevi 2 günə tutaram” deyə hədələyib. Üstəlik, Putin 2 günə nəinki Kiyevi, 5 Avropa Birliyi ölkəsini də tuta biləcəklərini deyib.

Gununsesi.info xəbər verir ki, bu iddia ilə Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan “Süddeutsche Zeitung” çıxış edib.

Qəzetdə yer alan xəbərə görə, Ukraynanın 2014-cü ildə Aİ-yə üzv olmaq istədiyini açıqlamasından sonra Putinin həmin ilin sentyabrında bağlı qapılar arxasında keçirilən görüşlərdə 5 ölkəni işğal edəcəyi ilə hədələdiyi bildirilib.

Xüsusilə, o zaman Ukrayna dövlət başçısına xəbərdarlıq edilən ölkələrin Polşa və Rumıniya, həmçinin Estoniya, Latviya və Litva olduğu bildirilib.

“Süddeutsche Zeitung” nəşrindəki xəbərdə Putinin Ukraynanın o zamankı prezidenti Pyotr Poroşenkoya dediyi sözlərə yer verilib. “Mən istəsəm, rus ordusu təkcə Kiyevi deyil, Riqa, Vilnüs, Tallin, Varşava və Buxaresti də 2 günə tutar” – Putin deyib.

Latviya diplomatı və Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis də bu ayın əvvəlində “Politico” nəşrinə danışaraq Putinin hücumlarının genişlənə biləcəyinə işarə edib.

“Putin Ukraynadan qalib ayrılsa, hərbi məqsədlərini artıra və Baltikyanı ölkələr olan Litva, Latviya və Estoniyaya hücum edə bilər. Biz Ukraynanı dəstəkləməsək, bu müharibə Ukraynada dayanmayacaq”, – diplomat bildirib.

Gununsesi.info