Prezident ölkədə siyasi partiyalarının sayının azaldılmasından danışdı.
Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putin Duma seçkilərində qalib gələn siyasi partiya liderləri ilə görüşdə səsləndirib.
Onun sözlərinə görə, biz bunu elə etməliyik ki, demokratik dəyərlər pozulmasın. “Elə etmək lazımdır ki, bu zaman təkcə demokratik dəyərlər yox, həmçinin siyasi struktur özü özünün əleyhinə işləməsin və özünü yeməsin. Bu çox incə bir məsələdir”- deyə, putin vurğulayıb.
Qeyd edək ki, hazırda Rusiyada 77 siyasi partiya qeydiyyatdan keçib.Onlardan ancaq 4-ü baryeri aşaraq parlamentə düşüb.
Gununsesi.info