Putindən “Bayraqdar”ın zərbə endirməsinə reaksiya

  • By admin
  • 14 Noyabr 2021 09:35

Ukraynanın Donbasda “Bayraqdar”dan istifadə etməsi Minsk razılaşmalarını pozur.

Gununsesi.info  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Amma buna heç kim reaksiya vermir. Avropanın bu barədə nə dediyi aydın deyil, ABŞ isə bunu dəstəkləyir”, – deyə Putin bildirib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri 26 oktyabrda ilk dəfə olaraq “Bayraqdar”dan Donbasda düşmən haubitsasını məhv etmək üçün istifadə edib.

Gununsesi.info