Putindən Duqinin qızının öldürülməsinə REAKSİYA

  • By admin
  • 22 Avqust 2022 20:03

Rusiya Prezidenti Vladimir Putin jurnalist Darya Duqinanın ölümü ilə bağlı başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin tanınmış ictimai-siyasi xadim Aleksandr Duqinin qızının öldürülməsini alçaq və qəddar cinayət adlandırıb. O, qeyd edib ki, Darya Duqina insanlara, vətəninə vicdanla xidmət edib, Rusiyada vətənpərvərliyin nə demək olduğunu sübut edib.

Xatırladaq ki, Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina ötən gün həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub.

Federal Təhlükəsizlik Xidməti (FSB) bu gün Darya Duqinanın qatilinin kimliyi açıqlanıb. Rəsmi məlumatda cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, sui-qəsdi 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Pavel Vovk törədib.

Gununsesi.info