Putindən gələn təşəbbüsü azərbaycanlı deputatlar da dəstəkləyib

  • By admin
  • 09 Mart 2023 00:51

Gürcüstan Parlamentinin Rusiyanın təşəbbüskarı olduğu deyilən “Xarici agentlər haqqında” qanun qəbul etməsi bu ölkədə ciddi sosial etirazlara səbəb olub.

Belə ki, bu qanunun qüvvəyə minməsindən sonra vətəndaş cəmiyyəti qurumlarının xarici donorlardan qrant almaq məsələsi yasaqlanacaq. Bu isə vətəndaşlara göstərilən pulsuz xidmətlərin aradan qaldırılması deməkdir.

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki,  Putinin təşəbbüskarı olduğu qanunu dəstəkləyənlər arasında  Marneuli və Qardabani seçki dairəsindən seçilmiş azərbaycanlı deputatlar Zaur Darğallı və  Savalan Mirzəyev də var.

Qonşu ölkədə yaşayan soydaşlarımız sosial şəbəkələrdə hər iki deputatın əleyhinə çıxışlar edib.

Onları Putinin “əsgəri” adlandırıb.

 

Mais

Gununsesi.info