Putindən Sarkisyana ŞƏRT

  • By admin
  • 07 İyun 2016 13:46

pUTIN ADN sARKISYAN

Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Baqram Baqdasaryan vahid hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı Ermənistan-Rusiya əlaqələrini şərh edib.

“Aykakan Jamanak”ın  verdiyi məlumata görə, Baqram Baqdasaryan bildirib ki, Rusiyadan 200 milyon kredit hesabına alınan silahlar razılaşma ratifikasiya olunduqdan sonra Ermənistana çatdırılacaq.
Erməni KİV-in yaydığı xəbərə əsasən, Rusiya silah satışı ilə bağlı Ermənistan qarşısında şərt qoyub.

“Ermənistan parlamentində gəzən şayiələrə görə, Rusiya Federasiyası Ermənistan qarşısında şərt qoyub. Yalnız vahid hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı saziş ratifikasiya olunduqdan sonra Ermənistana çatdırılması söz verilən silah bu ölkəyə veriləcək. Əgər biz razılaşmasının imzalanması ilə bağlı hadisələrin xronologiyasına baxsaq, onda belə bir şərtin həqiqətən də mövcudluğuna şübhə etmərik. Serj Sarkisyan bu razılaşmanı ötən ilin 23 dekabrında imzalayıb, lakin ratifikasiya üçün parlamentə bu ilin aprelin 5-də göndərib.

Saziş aprelin 25-də parlamentin plenar iclasının gündəliyinə salınıb. Bu ilin aprel-may ayında isə Rusiyanın Ermənistana hələ də silah çatdırmamasına dair ölkədə qızğın müzakirələr aparılmışdı”, – deyə nəşr yazır. (Azvision)