Putindən Trampa: Şok keçirdim...

  • By admin
  • 02 Oktyabr 2017 23:05

putin_trump
Rusiya Prezidenti Vladimir Putin Las-Veqas şəhərində baş verən terror hücumu səbəbindən həmkarı Donald Trampa başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, Kreml rəhbəri onlarla mülki şəxsin ölümünə səbəb olan bu hadisədən şok keçirdiyini bildirib.

O, ölənlərin ailələrinə başsağlığı verərək, yaralılara da təcili şəfalar diləyib.

Qeyd edək ki, ABŞ-ın Las-Veqas şəhərində “Rout 91” musiqi festivalında baş verən teraktda son məlumata görə, 58 nəfər ölüb.

Gununsesi.info