Putini aradan götürmək istəyirlər – Roman

  • By admin
  • 15 İyul 2017 16:53

putin1
Rusiya Prezidenti Vladimir Putinin həyatı təhlükədədir.

Axar.az xəbər verir ki, bu sözləri “Avro–Rus” siyasi araşdırmalar mərkəzinin direktoru Kris Roman deyib.

Ekspert Rusiya Prezidenti Vladimir Putinin “Uol Strit” sakinlərinin dünyanı tabe etmək barədə məkrli planlarına imkan vermədiyini və buna görədə həyatının təhlükədə olduğunu bildirib. Kris Roman nümunə olaraq Liviya, İraq və Ukrayna kimi ölkələri göstərib. Həmin ölkələrin Amerikanın müdaxiləsinə məruz qaldıqlarını bildirib:

“Amerikanın məqsədi II Dünya müharibəsində olduğu kimi, indi də Avropada yeni müharibə yaratmaqdır. Xatırlayın, məhz “Uol Strit”in təkidi ilə Hitler SSRİ ilə müharibəyə başlamışdı. Anoloji vəziyyət indi də Ukraynada davam edir. Hansı ki, Amerikanın maliyyəsi olmadan çoxdan sona çatmışdı”.

Gununsesi.info