Putini BU ŞƏXS əvəz edə bilər - SENSASİYA

  • By admin
  • 12 May 2022 09:58

Rusiya Prezidenti Vladimir Putini gələcəkdə “gənc polkovnik” əvəz edə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə rusiyalı hüquq müdafiəçisi Mark Feyqin bildirib.

“Buna şübhə yoxdur. Əsas orqan Rusiya Federasiyası FSB-nin İdarə Heyətidir ki, onun da tərkibinə onların hamısı – Bortnikovdan tutmuş, bütün digər rəhbərlər daxildir. Onlar əlbəttə ki, belə planlar qura bilərlər. Və təxmin edin. Necə və nə zaman? Bəs Putin sabah ölsə? Bu da ola bilər, ancaq onlar onu bu şəkildə vəzifədən uzaqlaşdırmayacaqlar. Və bizə belə bir polkovnik lazım olacaq, hər şey bundan ibarətdir” – M.Feyqin qeyd edib.

O əlavə edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ölkənin hərbi rəhbərliyinin, o cümlədən Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərlərinin qorxaqlığını nümayiş etdirib. Söhbət Sergey Şoyqu və Valeri Gerasimovdan gedir.

“Hamı sözügedən şəxslər üçün deyirdi ki, onlar yaxşı müqavimət göstərməlidirlər, ordu məhv edilir, institutları dağıdılır. Amma onlar tərəfdən heç nə görmədik. Bu, sadəcə olaraq bir növ iqtidarsızlıqdır”.

Bundan əvvəl KİV Vladimir Putinin mümkün varisinin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ola biləcəyini yazıb.

Gununsesi.info