Putini “devirmək” istəyən şaman dəlixanaya salındı

  • By admin
  • 07 Noyabr 2021 16:25

Yakut şamanı Aleksandr Qabışev Yekaterinburqda saxlanılıb və psixiatriya xəstəxanasına salınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından TASS-a məlumat verilib.

Agentliyə əlavə məlumat verməyib.

Qabışevin vəkili isə saxlanılma ilə bağlı onda məlumatın olmadığını bildirib.

Qeyd edək ki, Aleksandr Qabışev Moskvaya Vladimir Putini “devirmək” məqsədi ilə yürüşə başlayandan sonra məşhurlaşıb.

Gununsesi.info