Putini təhqir edən qız psixiatriya xəstəxanasına yerləşdirildi

Rusiyada presedent baş verib: ilk dəfə olaraq “hərbi saxtakarlıqhaqqında” maddə ilə bir nəfər qeyri-müəyyən müddətə Sankt-Peterburqdakı psixiatriya xəstəxanasına göndərilib.
Gununsesi.info Rusiyanın “Rotunda” teleqram kanalına istinadən xəbər verir ki, həmin şəxs Viktoriya Petrovadır.
O, Rusiya lideri Vladimir Putini “şizofreniya xəstəsi” adlandırıb.
“Kalininsk Rayon Məhkəməsi Sankt-Peterburq sakini Viktoriya Petrovanı real cəza əvəzinə psixiatriya xəstəxanasına göndərib. Petrova Ukraynadakı döyüşlər barədə sosial şəbəkələrdə paylaşım etdiyinə görə hərbi saxtakarlıqda ittiham edilib, lakin o, günahını etiraf etməyib”, – məlumatda deyilir.
Viktoriyanın psixiatriya xəstəxanasında qalma müddəti dəqiqləşdirilməyib. O, orada ən azı yarım il qalacaq, lakin sonra onun “müalicəsinin” müddəti uzadıla bilər.
Gununsesi.info