Putini tənqid edən direktor vəzifəsindən uzaqlaşdırılıb

Rusiya Elmlər Akademiyasının  ABŞ və Kanada İnstitutunun direktoru Valeri Qarbuzov tutduğu vəzifədən uzaqlaşdırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Meduza məlumat yayıb.

Məlumata əsasən, Qarbuzovun vəzifəsindən uzaqlaşdırılması “təsisçinin qərarı ilə” olub. Valeri Qarbuzovun özü isə hələlik vəziyyəti şərh etməyib. Xəbər yayılan vaxt bu qərarla bağlı rəsmi bildiriş dərc olunmayıb və Qarbuzov hələ də institutun saytında direktor kimi qeyd olunub.

Bildirilir ki, Qarbuzov fəaliyyəti dayandırılmadan bir qədər əvvəl “Nezavisimaya qazeta”da rus təbliğatının Qərblə bağlı istifadə etdiyi mifləri tənqid edən və Rusiyanın dünya siyasətindəki yerini təhlil edən məqalə dərc etmişdir. Qarbuzov avqustun 29-da dərc olunan məqaləsində qeyd edib ki, Rusiya hakimiyyəti bu mifləri dövlət təbliğatı və media vasitəsilə yayır.

“Bütün bunların məqsədi tamamilə açıqdır – öz cəmiyyətini illüziyalar dünyasına qərq etmək və böyük güc və vətənpərvər ritorika ilə müşayiət olunan, nəyin bahasına olursa olsun, hakimiyyətin gizli və məqsədyönlü şəkildə qeyri-müəyyən saxlanılması”.

Qeyd edək ki, Qarbuzovun nəşri bəzi təbliğat mediası nümayəndələrinin tənqidinə səbəb olub.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info