Uqanda istehsal edəcəyi elektromobiləri Rusiyaya satmağa hazırdır.
Gununsesi.info xəbər verir ki, bunu Uqandanın Rusiyadakı səfiri Mozes Kiziqe deyib.
Kiziqenin sözlərinə görə, Uqanda Rusiya ilə birbaşa aviamarşrut açmaq, habelə qarşılıqlı ticarəti milli valyutalara keçirmək fikrindədir.
Uqanda Afrika bazarına ixrac üçün “Kamaz”la birgə zavodun inşasını nəzərdə tutan müqavilə imzalayıb.
“Afrikanın Rusiya ilə əməkdaşlığına ABŞ mane ola bilməyəcək”,
– M.Kiziqe deyib.
Gununsesi.info