Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin döyüşə vəziyyətini yoxlamaq məqsədi ilə gözlənilməz yoxlama təlimlərinə qərar verib.
Bu barədə məlumat verən Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlamasında deyib ki, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanının qərarı ilə ordunun növbəti gözləniləməz döyüşə hazırlıq vəziyyətinin yoxlanılmasına başlanılıb. “Təlimlərə Cənub, Qərb və Mərkəzi Hərbi Dairələr, həmçinin Şimal dəniz donanması, Hava-Kosmik Qüvvələr, Hərbi Desant Qüvvələri cəlb olunub. Təlimlərə səhər yerli vaxtla 7.00-da “Polnaya” hərbi hazırlıq vəziyyəti adı altında start verilib”- deyə, nazir bildirib.
S.Şoyqu onu da bildirib ki, təlimlərin əsas hədəfi Qərb və Mərkəzi Hərbi Dairələrin cənub-qərb istiqamətindəki döyüş hazırlığı vəziyyətini yoxlamaqdır.
Təlimlər avqustun 25-dən 31-dək davam edəcək və bununla bağlı ölkədəki bütün xarici diplomatik korpusların hərbi atteşələri məlumatlandırılacaq.
Bir sıra ekspertlər Rusiyanın genişmiqyaslı gözlənilməz hərbi döyüş hazırlığı təlimini NATO-nun bu yaxınlarda Qara dənizdə keçirdiyi hərbi təlimlərə adekvat olaraq keçirdiyi qənatəindədir.
Gununsesi.info