Putinin ətrafından daha 400 nəfər Baydenin “qara siyahı”sında - SİYAHIDA KİMLƏR VAR?

  • By admin
  • 24 Mart 2022 19:35

ABŞ Rusiyaya qarşı yeni sanksiya paketini elan edib.

Gununsesi.info bildirir bu barədə ABŞ prezideti Bayden Tvitterdə bəyan edib.

“Mən Putinin Ukrayanda müharibəsinə qarşı Rusiya elitasına, parlament üzvlərinə, hərbi müdafiə şirkətlərinə qarşı yeni əlavə sanskiyaların tətbiqini açıqlayıram”-deyə ABŞ prezidenti bildirib.

Bayden bildirib ki, bu şəxslər Kremlin siyasətini dəstəkləyirlər və buna görə bu əzabı da bölüşməlidirlər.

Yeni sanksiya paketinə 400 nəfər daxil edilib.

Sankskiya siyahısında Rusiyanın 48 hərbi sənaye şirkəti var.

Sualtı silahlar, radiolokasiya sistemləri istehsal edən “Taktiki raket silahları” Korporasiyası və onun 28 törmə şirkəti, “İsgəndər” və “Pansir” və digər raket əleyhinə komplekslər istehsal edən “Yüksək dəqiqlikli komplekslər” Holdinqi, “reaktiv yaylım sistemləri istehsal edən “Texmaş” dövlət korporasiyası, “Rus vertalyotlar” dövlət holdinqi, PUA-lar üçünproqram təminatı hazırlayan “Kronştadt” müəsissəsi siyahıda yer alıb.

Dövlət Dumasının 328 deputatı da sanksiya altına düşüb.

 

Gülnar

Gununsesi.info