Putinin avtomobilində görüntülənən qırmızı libaslı qadın kimdir? - VİDEO

  • By admin
  • 13 İyul 2017 10:34

126541_jdqro5k5t4

Rusiya prezidenti Vladimir Putin avtomobilində görüntülənən qırmızı libaslı qadının kimliyi medianın əsas mövzusuna çevrilib. 

Gununsesi.info-nun Rusiya mediasına istinadən məlumatına görə, ölkənin “Zvezda” telekanalı prezident “Mercedes” markalı avtomobildən düşərkən çəkdiyi 10 saniyəlik görüntü ilə qalmaqal yaradıb.

Belə ki, monastra gələn Putin avtomobilin arxa qapısını açara oradan pencəyini götürmək istəyir. Həmin an avtomobildə görünən naməlum qadın “Pencəyin məndə deyil” şəklində qarşılıq verir.

Görüntü yayıldıqdan sonra rəsmi Kreml bununla bağlı açıqlama verib. Putinin mətbuat katibi Dmitri Peskov deyib: “Avtomobilin arxa oturacağındakı adam prezident Vladimir Putinin qadın mühafizəçilərindən biridir”.

Sosial mediada istifadəçiləri isə həmin qadının mühafizəçi kimi davranmadığını iddia ediblər.

Gununsesi.info