Putinin daha bir rəqibi seçkidən geri çəkildi

Rusiyada “Azadlıq və Ədalət” partiyasından prezidentliyə namizəd Andrey Boqdanov seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, Boqdanov namizədlikdən geri çəkilməsi ilə bağlı Rusiyanın Mərkəzi Seçki Komissiyasına ərizə təqdim edib.

Xatırladaq ki, yanvarın 30-u “Rusiya Ümumxalq İttifaqı” partiyasının lideri Sergey Baburin də prezident seçkilərində namizədliyini geri götürüb.

Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək.

 

 

Gununsesi.info