Putinin danışdığı dəhşətli raket sınaqdan keçirildi – Video

  • By admin
  • 11 Mart 2018 13:27


Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Miq-31 qırıcısı “Xəncər” yüksək dəqiqlikli aviasiya raket kompleksinin sınağını uğurlu şəkildə həyata keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qırıcı təyyarə Rusiyanın Cənub hərbi dairəsində yerləşən aerodromdan havaya qaldırılıb. Buraxılış uğurla baş tutub, raket poliqonda yerləşən hədəfi məhv edib. Sınaqlar zamanı “Xəncər”lərin taktiki-texniki xarakteristikası və müvəqqəti göstəriciləri öz təsdiqini tapıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sözügedən raket komplekslərinin dünyada analoqu olmadığını açıqlamışdı.

Gununsesi.info