“Putinin G20-də iştirak etməyəcəyinə inanıram” -İndoneziya prezidenti

  • By admin
  • 07 Noyabr 2022 19:55

İndoneziya prezidenti Coko Video Rusiya lideri Vladimir Putinin G20 sammitində iştirak etməyəcəyinə inanır.

Gununsesi.info xəbər verir ki, bu barədə o, “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Vidodo nəşrə bildirib ki, prezident Putinin iştirak etmədiyi halda Rusiya nümayəndələri Balidə keçiriləcək foruma dəvət olunacaqlar.

O, həmçinin bildirib ki, G20 siyasi forum olmamalıdır. Sammit iqtisadiyyata və inkişafa həsr olunmalıdır.

Gununsesi.info