Putinin həbsinə qərar verildi

  • By admin
  • 17 Mart 2023 21:07

Bu gün, 17 mart 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin İkinci məhkəməyə qədərki palatası Ukraynadakı vəziyyətlə əlaqədar iki nəfərin həbsinə order verib.

Gununsesi.info xəbər verir ki, bu şəxslər Rusiya lideri Vladimir Vladimiroviç Putin və Uşaq Hüquqları Üzrə Müvəkkil Mariya Alekseevna Lvova-Belovadır.

Beynəlxalq Cinayət Məhkəməsi izah edir ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.

Birləşmiş Millətlər Təşkilatının Ukrayna üzrə Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası (MBTK) Rusiyanı insanlığa qarşı cinayətdə günahlandırandan sonra Haaqa Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin və Rusiya prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belovanın həbsinə dair order imzalayıb. MBTK-nın hesabatında Ukraynaya qarşı müharibə zamanı Rusiya tərəfindən çoxsaylı hərbi cinayətlərin, insanlığa qarşı cinayətlərin törədilməsi və humanitar qanunların pozulması halları sadalanır. Onların arasında işgəncə, zorlama, qanunsuz həbs, qəsdən adam öldürmə, enerji infrastrukturu obyektlərinə hücumlar var. Komissiya vurğulayır ki,

Ukrayna tərəfi 16221 ukraynalı uşağın Rusiyaya aparıldığını iddia edir. Bu məsələ ilə bağlı 164 iş araşdıran MBTK hesab edir ki, ukraynalı uşaqların Rusiya tərəfindən ölkədən çıxarılması hərbi cinayətdir. Məhz bunları əsas götürərək, beynəlxalq Haaqa Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin və Rusiya prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib.

 

Tərcümə:

Gununsesi.info