Putinin ilk hədəfi bu şəhər olacaq - SAAKAŞVİLİ

  • By admin
  • 13 İyun 2021 10:25
Ukraynaya yeni bir hücum olarsa, Rusiya Prezidenti Vladimir Putinin ilk hədəfi Mariupol şəhəri olacaq.
Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.
“Mariupol Putinin ilk hədəfidir. Mənim üçün Baydenin Putinlə görüşməsi yaxın aylarda Mariupol, Xerson, Odessa da daxil olmaqla, Rusiyanın genişmiqyaslı hücumundan qaçmaq üçün son real şansdır. Bu görüşdən öncə genişmiqyaslı hücum düşünürdüm. Hücuma demək olar ki, zəmanət verilmişdi. Bizim üçün bu görüşün qiymətini həddindən artıq qiymətləndirmək çətindir”, – Saakaşvili qeyd edib.
Gununsesi.info