Putinin kürəkəninin Hollandiyadakı torpaq sahələrinə həbs qoyuldu

  • By admin
  • 26 May 2023 10:34

Rusiya lideri Vladimir Putinin kürəkəni Hollandiyada sanksiyalardan yayındığı üçün məsuliyyətə alınıb.

Gununsesi.info-nun bu barədə “The Guardian”a istinadən verdiyi xəbərə görə, əvvəllər Putinin böyük qızı ilə evli olan Jorrit Faassenin sanksiyalardan yayındığına görə prokurorlar tərəfindən dindirilib.

Bildirilir ki, Duivendrechtdəki torpaq sahəsi Rusiya prezidentinin böyük qızı Mariya Vorontsova ilə evli olan hollandiyalı iş adamı Jorrit Faassen-ə məxsusdur.

Hollandiyanın torpaq reyestrindəki qeyddən görünür ki, torpaq sahəsi mayın 12-də milli dövlət prokurorluğu tərəfindən maliyyə, iqtisadi və ekoloji qanun pozuntularına görə zəbt edilib.

Agentlik sanksiyalara əməl olunmasına cavabdehdir.

Hollandiyanın kadastr sənədləri göstərir ki, torpaq sahəsi cinayət işi üzrə istintaq çərçivəsində müsadirə edilib.

Məlumata görə,  Faasseni “sanksiyalardan yayınma” şübhəsi ilə dindirilən zaman  onun noutbukunu və mobil telefonunu müsadirə edilib.

Qeyd edək ki, Putinin hər iki yetkin qızı Mariya və Katerina 2022-ci ilin aprelində, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başlamasından qısa müddət sonra Aİ və ABŞ-ın sanksiya siyahısına əlavə edilib.

Faassen 2008-ci ildə Vorontsova ilə evlənib, lakin cütlüyün boşandığı bildirilir.

Onu da qeyd edək ki, həbs qoyulan torpaq sahəsinə Ukrayna bayrağı sancılıb.

Tərcümə: 

Afət Abbasova