Ukraynadakı Rusiya qüvvələrinin yeni komandanı Rusiya ordusunun çətinliklərlə üzləşdiyini etiraf edib.
Gununsesi.info xəbər verir ki, bu barədə General Sergey Surovikin oktyabrın 18-də Rossia-24 dövlət telekanalına müsahibəsində deyib:
“Xüsusi hərbi əməliyyat zonasındakı vəziyyət gərgin sözü ilə səciyyələndirilə bilər. Düşmən davamlı olaraq Rusiya qoşunlarının mövqelərinə hücum cəhdləri göstərir. Bu ilk növbədə Kupyansk, Liman, Nikolayev-Krivoy Roq sektorlarına aiddir.
Surovikin bunu da deyib ki, Rusiya Ukraynanın cənubundakı Xerson vilayətində mülkilərin təxliyəsinə hazırlaşır.
Xerson vilayəti Rusiyanın Ukraynadan üç həftə əvvəl ilhaq etdiyi dörd regiondan biridir.