Putinin mətbuat konfransının vaxtını dəyişdirdi

  • By admin
  • 21 Dekabr 2016 11:14

635586890584034737-ap-russia-putin

Rusiya Prezidentinin mətbuat konfransının vaxtı dəyişdirilib.

Gununsesi.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bunu Kremlin nümayəndəsi Dmitri Peskov deyib.

O qeyd edib ki, RF Prezidenti Vladimir Putinin böyük mətbuat konfransının vaxtı dekabrın 23-nə keçirilib.

D.Peskovun sözlərinə görə, dövlət başçısı Rusiyanın Türkiyədə qətlə yetirilmiş səfirinin cümə axşamı keçiriləcək dəfn mərasimində iştirak edəcək:

“Vladimir Putin həmin gün mətbuat konfransının keçirilməməsi barədə qərar qəbul edib. Beləliklə, mətbuat konfransı bir gün sonra – dekabrın 23-də təşkil olunacaq”.

Gununsesi.info