Putinin məşhur generalından böyük etiraf - XERSONDAN ÇIXIRIQ

  • By admin
  • 19 Oktyabr 2022 08:38

Ukraynadakı Rusiya qüvvələrinin yeni komandanı Rusiya ordusunun çətinliklərlə üzləşdiyini etiraf edib.

Gununsesi.info xəbər verir ki, bu barədə General Sergey Surovikin oktyabrın 18-də Rossia-24 dövlət telekanalına müsahibəsində deyib:

“Xüsusi hərbi əməliyyat zonasındakı vəziyyət gərgin sözü ilə səciyyələndirilə bilər. Düşmən davamlı olaraq Rusiya qoşunlarının mövqelərinə hücum cəhdləri göstərir. Bu ilk növbədə Kupyansk, Liman, Nikolayev-Krivoy Roq sektorlarına aiddir.

Surovikin bunu da deyib ki, Rusiya Ukraynanın cənubundakı Xerson vilayətində mülkilərin təxliyəsinə hazırlaşır.

Xerson vilayəti Rusiyanın Ukraynadan üç həftə əvvəl ilhaq etdiyi dörd regiondan biridir.