Putinin namizədliyi üçün daha 25 regiondan imzalar toplanıb

Rusiya prezidenti Vladimir Putinin mərkəzi seçki qərargahına daha 25 regiondan onun qarşıdan gələn prezident seçkilərində namizədliyini dəstəkləyən imzalar daxil olub.

 

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, ümumilikdə 45 regiondan imzalar çatdırılıb.

 

İmzalar Adıgey, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Kalmıkiya, Şimali Osetiya – Alaniya və Çeçenistan Respublikası, Krasnodar və Stavropol diyarları, Sevastopol şəhəri, Həştərxan, Volqoqrad, Tümen və Çelyabinsk vilayətləri, Xantı-Mansiysk və Yamalo-Nenets Muxtar Dairələrindən, habelə işğal olunmuş Ukrayna ərazilərindən daxil olub.

 

Vladimir Putin prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçmək üçün ən azı 300 min seçici imzasını toplayıb MSK-ya təqdim etməlidir. Dekabrın 23-də hazırkı dövlət başçısının namizədliyinin müdafiəsi üçün imza toplanmasına başlanılıb.

 

Prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.

 

 

Gununsesi.info